Menu

"Oqtay Gülalıyevin əməliyyatı bitib" - Səhiyyə Nazirliyi (YENİLƏNİB)

30.10.2019, 15:40
"Oqtay Gülalıyevin əməliyyatı bitib" - Səhiyyə Nazirliyi (YENİLƏNİB)

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı üçüncü dəfə məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda deyilir:

"City Hospital"dan Səhiyyə Nazirliyinə verilən məlumata görə, Oqtay Gülalıyevin əməliyyatı bitib. Hələlik əməliyyat blokundadır. 20 dəqiqəyə Reanimasiya şöbəsinə düşürüləcək".

* * *

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ilə bağlı növbəti dəfə məlumat yayıb. Məlumatda deyilir:

""City Hospital"dan Səhiyyə Nazirliyinə verilən məlumata görə Oqtay Gülalıyev əməliyyata hazırlanıb, ailə üzvləri əməliyyatın keçirilməsinə razılıq verməyib. Səhiyyə Nazirliyi "City Hospital"a Respublika Neyrocərrahiyyə Xəstəxanasının mütəxəssislərini göndərib. Onlar Oqtay Gülalıyevin ailə üzvləri ilə söhbətlər aparıb, onlara təxirəsalınmaz əməliyyatın keçirilməsinin vacibliyini izah ediblər. Hazırda ailənin razılığı alınıb və əməliyyat başlayıb. Əməliyyatın gedişatı barədə məlumat veriləcək".

***

Tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyev əməliyyata götürülüb. Musavat.com xəbər verir ki, bu barədə jurnalist Əvəz Zeynallı özünün "facebook" səhifəsində yazıb. O bildirib ki, O.Gülalıyevin vəziyyəti kritikdir.

Jurnalist qeyd edib ki, əməliyyat 3 saat davam edəcə

***

Oqtay Gülalıyevin vəziyyəti ağırdır. Hazırda reanimasiyadadır.Bu barədə Axar.az-a dünən yolu keçən zaman taksi xidməti göstərən avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin dostları məlumat verib.

Bildiriblər ki, hüquq müdafiəçisinin vəziyyəti bu gün daha da ağırlaşıb. Beyinə qansızma daha da genişlənib: “Sol tərəfi işləmir. Özü nəfəs ala bilmir. Süni nəfəs verirlər”.

Xatırladaq ki, dünən axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi piyada keçidindən yolu keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət alıb.

O, əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilsə də, sonradan özəl klinikaya aparılıb.

Qəzanı 90 PZ 543 dövlət nömrə nişanlı, “Hunday" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol