Menu

Bakıda işıqsız, susuz qalan 150 ailənin problemi həll olundu - Reaksiya

30.10.2019, 13:14
Bakıda işıqsız, susuz qalan 150 ailənin problemi həll olundu - Reaksiya

"Azpolitika.info" saytının 30 oktyabr 2019-cu il tarixdə “ Bakıda 150 ailə işıqsız, qazsız, susuz qalıb” başlığı məqaləsinə Suraxanı Rayon İcra Hakimiyyətinin operativ reaksiya verib. Bu barədə İcra Hakimiyyətindən saytımızın elektron poçtuna göndərilən məktub məlumar verilib. Məlumatda deyilir:

""Azpolitika.info" saytının 30 oktyabr 2019-cu il tarixdə “Bakıda 150 ailə işıqsız, qazsız, susuz qalıb” başlığı məqalədə Qaraçuxur qəsəbəsi, “Yeni Günəşli” yaşayış sahəsi, Samir Cəfərov küçəsindəki 13 saylı, 15 mərtəbəli binada yaşayan 150 ailənin elektrik enerjisi ilə təminatında problemin olduğu qeyd olunmuşdur.

Bu barədə məlumat rayon İcra Hakimiyyətinə daxil olan kimi müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, qeyd olunan bina “Badu-kubə” MKT tərəfindən inşa edilmişdir və MTK-nın “Azərişıq” ASC-yə borcu olduğu üçün elektrik enerjisi ilə təchizatı dayandırılmışdır. Məsələ rayon rəhbərliyi tərəfindən nəzarətə götürülmüş, “Badu-kubə” MKT-nın rəhbərliyi ilə əlaqə saxlanılmış, borcun müəyyən hissəsi MKT tərəfindən ödənildikdən sonra “Azərişıq” ASC tərəfindən “Yeni Günəşli” yaşayış sahəsi, Samir Cəfərov küçəsi, 13 saylı binaya elektrik enerjisinin verilməsi bərpa edilmişdir. Elektrik enerjisi bərpa olunduqdan sonra binaya su verən elektrik nasosları da işləməyə başlamışdır.

Eyni zamanda, “Badu-kubə” MKT tərəfindən bildirilmişdir ki, binanın istismara qəbul olunması ilə bağlı müvafiq işlər həyata keçirilir".

"Azpolitika.info" Suraxanı Rayon İcra Hakimiyyətinə saytımızda işıqlandırılan problemə  operativ reaksiya verdiyi üçün təşəkkür edir.  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol