Menu

İsmayıl Vəliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

30.10.2019, 17:54
İsmayıl Vəliyev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev İsmayıl Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, İ.Vəliyev 2011-ci ildən Neftçala Rayon İcra Hakimiyyətinin başçısıdır. Sabah onun 60 yaşı tamam olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol