Menu

Bakıda əyləc sistemi işləməyən yük avtomobili digər maşınlara çırpılıb 

30.10.2019, 22:20
Bakıda əyləc sistemi işləməyən yük avtomobili digər maşınlara çırpılıb 

Bakının Biləcəri qəsəbəsində “SHAGMAN” markalı yük avtomobilinin əyləc sisteminin işləməməsi səbəbindən işıqforun qırmızı işığında keçib.

APA-nın xəbərinə görə, nəticədə yük maşını 3 minik avtomobilinə çırpılaraq aşıb..

Qəza zamanı avtomobillər deformasiyaya uğrayıb, işıqfor zədələnib.

Əraziyə Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol