Menu

Nəsimi rayonunda gənc döyülərək xəsarət alıb

30.10.2019, 23:21
Nəsimi rayonunda gənc döyülərək xəsarət alıb

Bakıda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nəsimi rayonu Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Hüseynli Qurban Rza oğlu naməlum şəxs tərəfindən döyülüb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol