Abşeronda qəza törədən sürücünün vəkil olduğu məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Saraydan Masazır istiqamətinə gedən avtomobil yolunda Fazil Nəhmətov idarə etdiyi "Volkswagen" markalı, 99 NM 092 dövlət nömrə nişanlı avtomobillə yolu keçən, 1979-cu il təvəllüdlü Esmira Mustafayevanı vurub. Piyada hadisə yerində ölüb.
Hadisənin törədən sürücü F.Nəhmətov Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun müdiridir.
F.Nəhmətov APA-ya açıqlamasında faktı təsdiqləyib.
[gallery columns="2" size="full" ids="565372,565373"]


Şərhlər