Menu

Bakıda sürücü sükan arxasında ölüb 

01.11.2019, 00:50
Bakıda sürücü sükan arxasında ölüb 

Bakıda sürücü sükan arxasında ölüb.

"Report"un xəbərinə görə, hadisə paytaxın Xocalı prospektində yerləşən "Mübarək" şadlıq sarayının qarşında baş verib.

Belə ki, 1953-cü il təvəllüdlü Zülmət Əsədullayev adlı şəxs "Mitsubishi" markalı avtomobili idarə edən zaman sükan arxasında dünyasını dəyişib. Nəticədə onun avtomobili qarşıda hərəkətdə olan digər avtomobilin yan hissəsinə dəyib.

Hər iki avtomobilə yüngül ziyan dəyib.

Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili və polis əməkdaşları gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol