Xəbər verildiyi kimi, oktyabrın 29-da Bakıda Rusiya dövlət xadimi Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi keçirilib. Sərgi Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində baş tutub. Sərgidə Rusiya Xarici İşlər Nazirliyinin arxivindən sənədlər və fotoşəkillər təqdim olunub.
Sərgidən bir neçə gün öncə isə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Y.Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı esse müsabiqəsi keçirilib.
Qeyd edək ki, müsabiqə Rusiyanın Azərbaycandakı səfirliyinin layihəsi olub. Lakin müsabiqənin keçirilməsi kəskin tənqidlərə səbəb olub. Sosial şəbəkələrdə Bakı Slavyan Universiteti (BSU) ilə bağlı ciddi və sərt reaksiyalar yer alıb. Tənqidi fikir bildirənlər Primakovun bir zamanlar 20 Yanvar hadisəsinin iştirakçısı olduğunu əsas gətirərək, ölkəmizdə belə hallara yol verilməsinin qəbuledilməz olduğunu bildiriblər.
Hadisə ilə bağlı açıqlama verən BSU-nun mətbuat katibi Mənsur İbrahimov bildirib ki, universitetin rektoru Nurlana Əliyeva haqqında sosial şəbəkələrdə əsassız iddialar yer alır: “Həmin yazıya cavab olaraq bildiririk ki, Yevgeni Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı keçirilmiş esse müsabiqəsi Rusiyanın Azərbaycandakı səfirliyinin layihəsi olub. BSU-nun yazı müsabiqəsinin qalibi olmuş tələbələri səfirliyin BSU-ya rəsmi məktubu əsasında həmin yazı müsabiqəsində iştirak ediblər.
Onu da qeyd edək ki, yazıda adları çəkilən tələbə-gənclər əcnəbi tələbələrdir və Rusiya Federasiyasının vətəndaşlarıdırlar”.

Deputat qeyd edib ki, hadisədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi ilə bağlı problem yoxdur:
“Onlar istənilən təklifi verə bilərlər. Bəs, təklifi alanın ağlı başındadırmı? Məncə bu məqama fikir vermək lazımdır. Ona görə də məsələdə siyasi cəhətdən böyük bir savadsızlıq nümunəsi göstərilib. Bu, heç xoşagələn hal deyil”.


Şərhlər
20 YANVAR SOYQIRIMINI GÖRƏN VƏ YAŞAYAN İNSANLARDAN BİRİSİ KİMİ HESAB EDİRƏM Kİ, Y.PRİMAKOV ƏLİ AZƏRBAYCAN XALQINI QANINA QƏLTAN EDƏN ƏSAS GÜNAHKARLARDAN BİRİDİR.ONA YUBLEY KECİRMƏK XALQIMIZA, DÖVLƏTİMİZƏ,PREZİDETİMİZƏ QARŞI TƏXRİBATDIR.
bu məsuliyyətsiz adamların işləməyindənsə işləməməyi yaxşıdır.