Menu

“AZƏRİQAZ”IN RƏHBƏRİ İŞDƏN ÇIXARILDI - Yerinə təyinat da oldu

01.11.2019, 18:58
“AZƏRİQAZ”IN RƏHBƏRİ İŞDƏN ÇIXARILDI - Yerinə təyinat da oldu

Növbəti kadr islahatı “Azəriqaz” İstehsalat Birliyində (İB) aparılıb. Verilən məlumta görə, “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Əkbər Hacıyev vəzifəsindən azad olunub.

Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövnəq Abdullayevin digər sərəncamı ilə onun yerinə “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev gətirilib.

Yeni baş direktor təyinat xəbərini təsdiqləyib. R.Əliyev ona göstərilən etimadı doğruldacağını deyib: “Bəli, məlumat doğrudur. Təbrik edən hər kəsə təşəkkür edirəm. Böyük etimaddır. Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm”.

Qeyd edək ki, Əkbər Hacıyev “Azəriqaz”ın sədri postuna 2009- cu ildə təyin olunub. O, 10 il bu vəzifəni icra edib.

Şərhlər

Oqtay 2019-11-01 18:58:00

hamısından milləti xilas etmək lazımdır.Bunlar belə işlə necə olub bu qədər oralarda qala bilirlər.

t.ədalət 2019-11-01 18:58:00

... kadrdırsa,deməli,ondan hansısa yeniliyi gözləməyə dəyməz..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol