Menu

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatı olub

01.11.2019, 18:21
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatı olub

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyinatı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Xoşbəxt Ağayeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. O, bu təyinatadək həmin səhiyyə müəssisəsində terapevt kimi çalışıb.

Qeyd edək ki, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadə oktyabrın 17-də vəzifəsindən azad olunaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub.

Şərhlər

Bashirov Qarib 2019-11-01 18:21:45

X.Agayeva 3 il əvvəl ruşvət və korrupsiyaya görə həbs olunmuşdu .Əlillik təyin etmək uçun faktiki əlildən pul alarkən,Korrupsiyaya qarşı mubarizə İdarəsi tərəfindən cinayət başında yaxalanmış və həbs olunmuşdu . Bu faktdır və yoxlaya bilərsiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol