Türkiyə Super Liqasında X tur davam edir.
APA-nın məlumatına görə, turun üçüncü günündə 3 oyun keçirilib.
“Sivasspor” səfərdə “Dənizlispor”a qalib gəlib. “Yeni Malatyaspor” “Kasımpaşa” ilə heç-heçə edib.
“Fənərbağça” “Kayserispor”un qonağı olub. Autsayder ilk qələbəsini İstanbul klubu ilə görüşdə qazanıb.
Qeyd edək ki, tura noyabrın 4-də yekun vurulacaq.
Türkiyə Super Liqası
X tur
3 noyabr
“Dənizlispor” – “Sivasspor” – 0:2
Arslan, 40, Kone, 90
“Kasimpaşa” – “Yeni Malatyaspor” – 2:2
Kolta, 13, Xalili, 90 – Yahoviç, 63, Sarı, 68 (avtoqol)
“Kayserispor” – “Fənərbağça” – 1:0
Bulut, 58


Şərhlər