Menu

Arif Hacılı Milli Şuranın işini pozanların adını çəkdi

27.10.2013, 13:45
Arif Hacılı Milli Şuranın işini pozanların adını çəkdi

“Rəsul Quliyev, Lalə Şövkət, İslam Partiyası və onların tərəfdarları bu seçki prosesində Milli Şuraya dəstək vermədi”

“Müsavat Partiyası tərəfindən seçkilərlə bağlı MSK-ya verilən şikayətlərin sayı digər təşkilatlardan əsaslı şəkildə fərqlənir. Bütün seçki prosesi göstərdi ki, Müsavat ölkənin aparıcı siyasi partiyasıdır”. Müsavatın Mərkəzi İcra Aparatının sədri Arif Hacılı Məclisdəki çıxışında belə söylədi.

Seçki prosesini dəyərləndirən A.Hacılı Milli Şuranın vahid namizədi professor Cəmil Həsənlinin haqqında yüksək fikirlər söylədi: “Tam ədalətlə deyirəm ki, Cəmil Həsənli şəxsən mənim gözlədiyim namizəddən daha yaxşı namizəd oldu. Onun teledebatlardakı cəsarətli çıxışları seçki prosesində ən mühüm məsələlərdən biri oldu”.

Aparat rəhbəri çıxışında Milli Şuraya daxil olmasına baxmayaraq, qurumun işində iştirak etməyənlərin adlarını konkretləşdirdi: “Rəsul Quliyev, Lalə Şövkət, İslam Partiyası və onların tərəfdarları bu seçki prosesində Milli Şuraya dəstək vermədi”.(musavat.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol