Menu

Bakıda iki avtobus toqquşub - Yaralılar var

04.11.2019, 23:22
Bakıda iki avtobus toqquşub - Yaralılar var

Bakıda iki avtobusun toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 57 saylı marşrutla "Bakubus" MMC-yə məxsus 7A avtobusu toqquşub. Qəza nəticəsində bir neçə nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisə yerinə YPX əməkdaşları cəlb olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol