Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Ümumdünya Neft Outlook Hesabatına görə, 2040-cı ilə qədər qlobal enerji tələbatı hər il orta hesabla 1% artaraq gündəlik 357,5 mln barel neft ekvivalenti təşkil edəcək. "Report" xəbər verir ki, 2040-cı ildə qalıq yanacaqlarının qlobal enerjidəki payı 75%-i keçəcək. Qalıq yanacaqlar içində neft 28,2%-lə birinci olacaq, onu 25,2%-lə təbii qaz, 21,5%-lə kömür izləyəcək.
Enerji tələbatında bərpa olunan enerji mənbələrinin payı 2040-cı ilədək 19%, nüvə enerjisinin payı isə 6,1% olacaq.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) bölgəsinin enerji tələbatı hesabat dövründə azalaraq 3,1 milyon barel neft ekvivalentinə düşəcək, OECD üzv olmayan ölkələrdə isə gündəlik tələbat 74,8 milyon barel neft ekvivalentinədək artacaq.
Qlobal neft tələbatı 2040-cı ildə gündəlik 110,6 milyon barel olacaq. OECD bölgəsindəki tələbat 38,3 milyon barel, OECD üzv olmayan ölkələrin neftə olan tələbatı isə gündəlik 72,3 milyon barelə çatacaq.


Şərhlər
SAvad qıcqıranda belə olur.Enerji vahidi nə vaxtdan barrel olub? Əgər enerji güc vahidini barrel ekvivalenti( bu da mümkün deyil.çünki neftin növləri və hər növün öz yanma temperaturu və yaratdığı təzyiq ,onun ekvivalenti var ).Güc vahidi hamıya bəlli olan vatt,at qüvvəsi və digər uyğun konkret ölçü vahidi mövcuddur.barell həcm ölçü vahidi olub çəllək deməkdir (170 litrə yaxən )