Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkədə internetin sürətinin aşağı olması barədə iradlara münasibət bildirib.
“APA-Economics”in məlumatına görə, E. Vəlizadə jurnalistlərə açıqlamasında deyib ki, bu, tam əsassız fikirlərdir.
Nazir müavini Azərbaycanda internetin inkişaf səviyyəsinin yüksək olduğunu vurğulayıb: “Ölkəmizdə ən qabaqcıl İnternet texnologiyaları tətbiq olunur. İstər mobil, istər simsiz texnologiyalar, istər simli telefon şəbəkələri vasitəsi ilə vətəndaşlar öz maraq və tələbatlarına uyğun xidmətlər əldə edə bilirlər. Bu baxımdan Azərbaycanda internetin sürətinin aşağı olması barədə fikirlər tam əsassızdır. Azərbaycanda internetin sürətinin guya aşağı olması barədə göstəricilərin yer aldığı mənbə – Böyük Britaniyanın "Cable" şirkəti məhz onun üçün nəzərdə tutulub ki, kiminsə internetə girişdə problem olursa, onu yoxlamaq üçün bilavasitə həmin mənbəyə müraciət edir. Ona görə də "Cable"yə müraciət edən şəxslər elə hansısa səbəbdən aşağı sürətli internet istifadəçisi olanlardır. İnternet sürəti yüksək olan istifadəçilər heç vaxt o mənbəyə müraciət etmirlər. Ona görə də Azərbaycan reallığında yüksək olan göstərici həmin mənbədə qeyd olunan göstəricilərdən dəfələrlə yüksəkdir”.


Şərhlər
shabranda yashayiram. internet berbad veziyyetdedir. ayda 20 manat odeyirem amma 10 manatlig internet ishledirem. umumiyyetle Azerbaycanda internet cox bahadir. bunu ozunuzde bilirsiz
bu gün diktor da onun sözünə efirdə güldü
Elmirlər Rabitəni məhv ediblər...........
memurlarin hamisi yalan danishir bu ise lap ag yalan danishir
Hec olmasa utanin danismaqa problemi radan qaldirmaq evezine ancaq terif vaqdirirsiz. sizin demeyinizden ele cixir ki hami yalan danisir .hec olmasa statistikaya baxib utanin
Belə çıxıır ki, indiyə kimi bu qədər vətəndaş . yalandan boğazın yırtırmış.Bir bular düz danışandı.sözün bitdiyi yer..
Bu Elmir əkəyə demək lazımdır ki, bir başqa ölkələrin internet sürətini də qoysun qabağına sonra bizə "maral" oxusun. Nə vaxta qədər bu xalqı soyacaqsınız. Bu vaxta qədər az idi soyğunçular, biri də ... gəldi.
Hörmətli nazir müavini , büyürun gəlin Saatlı rayonuna , özünuz görün internetin sürəti hansi səviyyədədir .
Hörmətli nazir müavini çox uzaqa yox Xəzər rayonu Türkan qəsəbəsi üzümçülük sovxozun ərazisində kəndə və hərbi şəhərcikdə internet çox zəifdir.Biz cənab Prezidentin çıxışlarına baxa bilmirik.Yaşadığımız yer sizin oturduğunuz kabinetdən 34 km uzaqlıqdadır. Bax budur sizin faliyyətiniz.