Menu

İŞİD Tacikistan-Özbəkistan sərhədində - 15 terrorçu öldürülüb

06.11.2019, 12:29
İŞİD Tacikistan-Özbəkistan sərhədində - 15 terrorçu öldürülüb

Tacikistan – Özbəkistan sərhədində yerləşən sərhəd zastavasına silahlı hücum edilib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, 20 silahlı şəxs Sultanabad sərhəd dəstəsinin “İşkobod” zastavasına hücum edib

Hücum edən silahlılar İŞİD terror təşkilatının üzvləri olub.

Bu barədə  Tacikistan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Bildirilib ki, sərhəd zastavasına hücum edən İŞİD döyüşçüləri Əfqanıstandan gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol