Virtual köməkçi türk dilində danışacaq - “Yandeks”də yenilik

Rusiyanın “Yandeks” şirkətinin virtual səsli köməkçisi türk dilində danışacaq.

Azərtac xəbər verir ki, “Yandeks” şirkətinin yaratdığı “Alisa” virtual səsli köməkçi ilk dəfə xarici dildə – türk dilində danışacaq. “Yandeks.Naviqator” ilk belə layihəni Türkiyədə həyata keçirib.

Türkiyə ərazisində işləyən “Yandeks.Naviqator”un səsli köməkçisi, Rusiyada olduğu kimi müxtəlif funksiyaları, o cümlədən lazım olan ünvanı tapmaq, marşrutu müəyyən etmək, hava və yollarda əziyyət barədə məlumat vermək funksiyalarını yerinə yetirəcək. Türkiyədə “Alisa” peşəkar diktor Selay Taşdögənin səsi ilə danışacaq.

“Yandeks.Naviqator” Türkiyədə 2013-cü ildən fəaliyyət göstərir. Əlavənin 4 milyondan çox istifadəçisi var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar