Vilayət Eyvazov daha bir polkovniki təqaüdə göndərib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) daha bir əməkdaşını təqaüdə göndərib.

“Report”un əldə etdiyi məlumata görə, nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini, polis polkovniki Əkbər Əkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

V. Eyvazovun əmrinə əsasən, Ə.Əkbərov təqaüdə göndərilib.

Nazirin digər bir əmri ilə DİN-in Avtomobil təsərrüfatının rəisi, polis polkovniki Elçin Alıyev Maddi-Texniki Təminat Baş İdarəsinin rəis müavini təyin olunub.

635x100

Şərhlər

VETEN DASHI 2019-11-08 15:07:08

TEKI DEYISHEN BIR SHEY OLSUN.MEYVELI BAZARIN YANINDAKI IDAREYE DE BIR ENCAM CEKSE YAXSHI OLAR.

Son yazılar