Menu

Lavrovun Qarabağ mövqeyi: nələr dedi?

10.11.2019, 12:58
Lavrovun Qarabağ mövqeyi: nələr dedi?

Rusiya rəsmiləri ara-sıra Paşinyandan narazılıqlarını ifadə edə bilərlər, ancaq konseptual məsələlərdə Ermənistanın hazırki baş nazirindən narazı deyillər.Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistana səfəri öncəsi, noyabrın 9-da bu ölkənin “Mediamaks” agentliyinə müsahibəsində səsləndirdiyi fikirləri şərh edərkən qeyd edib.

Politoloq Lavrovun cavablarından iki əsas fikri xüsusi fərqləndirib: “Nikol Paşinyan Rusiya ilə strateji müttəfiqliyi dərinləşdirmək siyasətinə sadiqdır”, “İrəvanın xarici siyasəti Moskvanı qane edir”.

E.Şahinoğlunun fikrincə, Lavrovun Dağlıq Qarabağ münaqişəsiylə bağlı bu müsahibədə söylədiyi bir başqa fikir də Ermənistanın maraqları ilə tam üst-üstə düşür:

“Lavrov bildirdi ki, Dağlıq Qarabağın statusu hüquqi nöqteyi-nəzərdən öz müqəddəratının təyini yolu ilə həll edilməlidir. Onun bu fikri o deməkdir ki, Azərbaycan bölgənin statusunu müəyyənləşdirəcək referendumun keçirilməsi ilə razılaşmalıdır. Biz həmin “refendum”un nə ilə nəticələnəcəyini yəqin bilirik. Lavrovun “məsləhəti”nin də elə həmin “nəticəyə” xidmət etdiyi bəllidir”.

Şərhlər

dadaşyev 2019-11-10 12:58:51

Çeçenlər Dudayevin vaxtında referendum keçirib öz dövlətlərini qurdular,niyə razılaşmadın?Kataloniya referendum keçirib müstəqilliyini elan etdi,niyə İspaniya razılaşmadı?İrlandlar referendum keçirib müstəqilliklərini elan etmək istəyirlər,niyə ingilislər razı olmurlar?Uyğurlar referendum keçirib müstəqilliklərini elan etmək istəyirlər,niyə Çin razı olmur?Ancaq Qarabağ erməniləri üçündürmü bu qayda?

Özgür 2019-11-10 12:58:51

kalantaryan öz ampluasındadır, öz millətini müdafiə edir. Bəs bizim Xarici İşlər Nazirliyi nə işlə məşğuldur. Hanı cavab? Həmişə gərək etiraz edək sonra cavablarını verəsiniz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol