Menu

Bakıda marketdən 3500 manat pul oğurlayan şəxs tutulub

11.11.2019, 21:29
Bakıda marketdən 3500 manat pul oğurlayan şəxs tutulub

Bakıda marketdən oğurluq olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki marketlərin birindən 3500 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Əsədov saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol