Menu

Gələn ilin büdcə layihəsi I oxunuşda qəbul edildi

13.11.2019, 13:23
Gələn ilin büdcə layihəsi I oxunuşda qəbul edildi

Milli Məclisin növbəti plenar iclasında “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

APA-nın məlumatına görə, iclasda "2020-ci il dövlət büdcəsi haqqında”, "2020-ci il üçün yaşayış minimumu haqqında”, "2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında”, “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında”, Sosial müavinətlər haqqında” qanun layihələrinə, eləcə də Vergi Məcəlləsinə dəyişikliklər I oxunuşda müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, layihələrin müzakirəsinə noyabrın 12-də başlanıb, noyabrın 14-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol