Menu

Güclü külək əsəcək, yağış yağacaq - Proqnoz

24.09.2014, 12:38
Güclü külək əsəcək, yağış yağacaq - Proqnoz

Sentyabrın 25-də Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Fasilələrlə yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a açıqlamasında bildirib ki, Bakıda və Abşeron yarımadasında gecə şimşək çaxacaq, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu, gecə 18-20, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarına gəlincə, fasilələrlə leysan xarakterli yağış yağacaq. Bəzi yerlərdə yağışın intensivləşəcəyi gözlənilir. Gecə güclənən qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 15-20, 22-27 dərəcə, dağlıq ərazilərdə gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol