Menu

“ABŞ-ın İŞİD mövqelərinə hücumu qanunsuzdur” - Ruhani

24.09.2014, 12:40
“ABŞ-ın İŞİD mövqelərinə hücumu qanunsuzdur” - Ruhani

BMT Baş Assambleyasının iclasına qatılmaq üçün Nyu-Yorka səfər edən İran prezidenti Həsən Ruhani sentyabrın 23-də jurnalistlərə Amerikanın Suriyada İŞİD qüvvələrinə qarşı hərbi hava hücumundan danışıb

“Media forum” saytının məlumatına görə, Ruhani deyib ki, ABŞ-ın son günlərdə Suriyadakı hərbi əməliyyatları beynəlxalq qanunlara zidd addımdır: “Amerikanın üçüncü bir ölkədə İŞİD mövqelərinə hücumu müəyyən bir çərçivə əsasında olmalıdır. Hədəfə məruz qoyulan ölkənin rəsmi tələbi və BMT-nin icazəsi olmadan aparılan hərbi hava hücumları beynəlxalq qanun və prinsiplərə ziddir və qanunsuz bir addımdır”.

Bəzi xəbər agentlikləri ABŞ mənbələrinə istinadla bildirirlər ki, Ağ ev Suriyada İŞİD qüvvələrinə qarşı hərbi hücuma keçəcəklərini əməliyyatdan bir neçə saat əvvəl Bəşər Əsəd hökumətinə bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol