Sentyabrın 23-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in zirvə toplantısında fundamental azadlıqlar mövzusu müzakirə olunub. Tədbirdə çıxış edən ADİHİ rəhbəri Əhməd Şahidov Cənubi Qafqaz ölkələrində sərbəst toplaşmaq azadlığı barədə çıxışa hazırlaşsa da, özündən əvvəl çıxış edən erməni QHT rəhbərinin Dağlıq Qarabağı “müstəqil və demokratik ölkə” kimi təqdim etməsinə etiraz əlaməti olaraq, mövzusunu sırf Ermənistan üzərində qurmuş və Serj Sarkisyan rejiminin işğalçı və diktator mahiyyətini ortaya qoymuşdur.
Erməni çıxışçıya xitab edərək “Dağlıq Qarabağı müstəqil ölkə adlandırıb burada əyləşənləri aldatmayın. Burada oturan heç kəs, heç Ermənistan da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımır. Ağlınızı başınıza toplayın” deyərək, rəsmi Yerevanın qəddar siyasətini sərt tənqid etmişdir.
ADİHİ rəhbəri Əhməd Şahidov çıxış edərkən, azərbaycanlı jurnalist Xədicə İsmayıl 10-a yaxın şəxslə qəribə bir aksiya keçiriblər. Onlar Əhməd Şahidovun arxasında düzülərək, arxalarını ADİHİ rəhbərinə çeviriblər.
Bütün zalın gözləri qarşısında baş verən bu hadisədən özünü itirməyən Əhməd Şahidov çıxışını davam etdirmiş və Ermənistan hakimiyyətini ifşa etmişdir.
Xədicə İsmayılın Əhməd Şahidov danışmağa başlayarkən, niyə belə bir aksiya keçirdiyi maraqlıdır.
Həmin anların videoyazısını təqdim edirik.


Şərhlər