Menu

Gəncədə oğul atasını qətlə yetirib

15.11.2019, 22:47
Gəncədə oğul atasını qətlə yetirib

Gəncə şəhərində oğul atasını qətlə yetirib."Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Kəpəz rayonunda qeydə alınıb.

Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Dadaşov Yüsif Mübariz oğlu sərxoş vəziyyətdə atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovu bıçaqlayıb. Ağır xəsarət alan M.Dadaşov ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol