TƏRTƏRİN İCRA BAŞÇISININ SAYSIZ-HESABSIZ OBYEKTLƏRİ - VİDEO

Tərtər rayonunun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda çoxsaylı kommmersiya obyektlərinə sahibdir və onları icarəyə verib.

Virtualaz.org xəbər verir ki, bu barədə Ziya Mahmudov adlı Tərtər sakininin çəkib sosial şəbəkələrdə, Youtube kanallarından birində yaydığı videokadrlarda bəhs edilir. Sakin yolun kənarı boyu düzülən və icra hakimiyyətinin başçısına məxsus olduğu iddia edilən çoxsaylı kommersiya obyektlərini göstərib deyir: “İcra başçısı rayonu işğal edib”.

Habelə sakin Tərtərin girişində icra başçısına aid olduğu deyilən və yeni tikilməkdə olan ikimərtəbəli kommersiya obyektini də nişan verir: “Bu da icra başçısının təzə mağazasıdır, gözü doymayıb, birini də tikdirib”.

Sakin Müstəqim Məmmədovun Tərtərdə dövlət mülkiyyətində olan yüzlərlə hektar torpağı da aldığını, özünə mülklər tikdirdiyini , onun qonşu rayonlarda da biznes obyektlərinin, mülklərinin olduğunu bildirir. Eyni zamanda qeyd edir ki, icra başçısı şəxsi biznesini genişləndirməkdə olduğu bir vaxtda rayonda şəhidin adını daşıyan bulaq baxımsızlıqdan uçub dağılır...

Belə görünür ki, icra hakimiyyətinin başçısının çoxsaylı kommersiya obyektləri, mülkləri barədə kadrları çəkib internetdə yayan Tərtər sakini prezident İlham Əliyevin son çıxışlarından ruhlanıb. Prezident yeni təyin edilən icra hakimiyyəti başçılarını qəbul edərkən onların qarşısında vətəndaşlara xidmət, dürüstlük və insanların problemlərinə diqqətlə yanaşmaq barədə ciddi vəzifələr qoyub. Habelə prezident vətəndaşlara müraciət edərək bildirib ki, hansısa məmurun, icra hakimiyyəti başçısının tutduğu vəzifədən istifadə edib varlanmasına, korrupsiyaya və rüşvətə qurşanmasına, ümumiyyətlə, əyri yola getməsinə dair faktları dərhal ona çatdırsınlar.

Həmin sakin daha əvvəl də yerli KİV-lərdə icra başçısı haqda şikayətlərlə çıxış edib, amma raton İcra Hakimiyyətindən onun şikayətlərinin “əsassız olduğunu, Müstəqim Məmmədova şər-böhtan atdığını” bildiriblər.

Müstəqim Məmmədov 2014-cü ildə Tərtər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bundan əvvəl isə Yevlax rayonunda icra hakimiyyətinin başçısının müavini işləmişdi.

635x100

Şərhlər

Mehdi 2019-11-17 20:27:23

Ziya kimdi bilmişem,amma Ziya cox cox az yazın.Bascinin emelleri bundan qat qat coxdur.O xestexananin heyetinideki boyuk binani,Aqdam 4 yolu deyilen erazideki bazari,sehriyar qesebesine geden yolda boyuk bir kompleks binani(deyesen onu satib)Ziya bilmeyib yazmayib.Men dediyimdende coxdu.Birde basqa saytlarda yazilibki icra hakimiyyetinden yaziblarki yalandi.Cox gulmeli cavab yaziblar.Guya yazacaqdilar beli cox doqrudur Ziyanin yazdiqlari?

Yevlaxdan Alim 2019-11-17 20:27:23

bu musteqim memmedovu yaxwı tanıyıram, and olsun ki bunun kimi yaltaq,özune hormet qoymayan ikinci adam yox idi Yevlaxda, Elmar Veliyev Yevlaxa bawcı geldi bu ve emisi oqlu Yevlaxın indiki deputatı İlham Memmedov ,,,,adam,,, oldular, Azerbaycanın bedbextliyi ondadır ki mustqim kimi adamlar yaltaqlıq ede ede kecib yuxarı bawa,esl kişiler, wexsiyetine hörmet qoyanlar qalıb qıraqda...

Araşdırmaçı 2019-11-17 20:27:23

Şəkinin İcra Başçısı haqqında da yazın, onunda oibyektlərinin sayı-hesabı yoxdur..............................?

Vətəndaş 2019-11-17 20:27:23

İcra başçılarını Prezident təyin etdiyindən (bəs belə adamların təqdimatını verən niyə kölgədə qalır) ,onlara nəzarət olmadığından əməlləri (rüşvət.mənimsəmə,büdcə yeyintisi və sairə) cavabsız qalır. Bütün icra başçıları elə bu kökdədir.Hətta təyin olunduqları rayonlarda əməllərinə görə biabır olduqda növbəti sərəncam gəlir və başqa rayona transfer edilirlər.Bu halların analoqsuz və zərərli olduğu niyə diqqətə alınmır?Misal saysız-hesabsız belə sərəncamlar toplusu.

turan 2019-11-17 20:27:23

Görəsən regionlar bu acgöz, harınsavadsız məmurlarla necə inkişaf edə bilər ki,

EJDER 2019-11-17 20:27:23

MALADES,BA BAB.HESAB EDIREM KI,BU SIQNALDAN SONRA HAMI KIMI ,ONA DA ,,EWEREF,,VETENE XIDMET...,,ORDENLERI VERILEJEK,LUKAWENKO CANI.HAMI KIMI ELMI IWLE MEWQUL OLMA ILE AQIR CESALANDIRALAJAQ

Eldəniz Şahmarov 2019-11-17 20:27:23

Burada təəccüblü heç bir şey yoxdur ki, nazirlər xaricdə ,deputatlar Bakıda ,icralar da hərə öz yerində kefi istəyən kimi obyekt tikir ...basqalari tikmək istəyəndə isə qanun yada düşür və sökdurur obyekti ya da bac xərac alıb deyir ki isə davam....

Son yazılar