Menu

Təhsil Nazirliyində struktur dəyişiklikləri aparılıb- Şöbələr birləşdirildi

04.09.2013, 15:52
Təhsil Nazirliyində struktur dəyişiklikləri aparılıb- Şöbələr birləşdirildi

Təhsil Nazirliyində struktur dəyişiklikləri aparılıb. Nazirlikdən APA-ya verilən xəbərə görə, təhsil nazirinin müvafiq əmrinə əsasən, Məktəbəqədər təhsil sektoru ilə Kənd rayonları üzrə ümumi təhsil şöbəsi, Ali və orta ixtisas təhsili şöbəsi ilə Elm şöbəsi və Ümumi şöbə ilə İctimaiyyətlə əlaqələr şöbəsi birləşdirilib. Bunlara uyğun olaraq, Məktəbəqədər və ümumi təhsil şöbəsi, Elm, ali və orta ixtisas təhsili şöbəsi və İnformasiya şöbəsi yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol