Menu

"Azərbaycanla saziş yeni imkanlar açacaq" - Aİ

18.11.2019, 11:56
"Azərbaycanla saziş yeni imkanlar açacaq" - Aİ

"Azərbaycanla Avropa İttifaqı (Aİ) arasındakı saziş bizim üçün yeni imkanlar açacaq".

Bunu "Report"a Aİ-nin Avropa Xarici Əlaqələr Xidmətinin Şərq Tərəfdaşlığı və ATƏT Departamentinin rəhbərinin müavini Radoslav Darski deyib.

Onun sözlərinə görə, yeni saziş üzrə danışıqlar hələ də fəal şəkildə davam edir: "Ümidvarıq ki, danışıqları başa çatdırıb razılığa gələcəyik, çünki bu, Azərbaycanla münasibətlərdə bizə yeni imkanlar təqdim edəcək. Düşünürəm ki, bu, hamımız - həm Aİ, həm də Azərbaycan üçün faydalı olacaq. Ona görə də bu danışıqları yaxın vaxtlarda başa çatdıracağımıza ümid edə bilərəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol