Menu

İran ordusu Urmiya ətrafında hərbi təlim keçirir

19.11.2019, 15:35
İran ordusu Urmiya ətrafında hərbi təlim keçirir

İran Silahlı Qüvvələri Quru qoşunları komandanlığı ölkənin şimal-qərbində, Qərbi Azərbaycan əyalətinin Urmiya şəhəri ətrafında “Zülfüqari-vilayət” adı altında hərbi təlimə başlayıb. “Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.

Bildirilib ki, hərbi təlimlər noyabrın 19-da axşam saatlarında başa çatacaq. Hərbi təlimi helikopterlər dəstəkləyib.

Qeyd edək ki, İran ordusu oktyabrda Urmiya şəhəri ətrafında Türkiyə-İraq sərhədləri yaxınlığında “Bir hədəf, bir güllə!” şüarı ilə hərbi təlim keçirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol