Menu

Rusiyaya qarşı yeni sanksiyalar açıqlandı

24.09.2014, 17:04
Rusiyaya qarşı yeni sanksiyalar açıqlandı

siyaYaponiya hökuməti Rusiyaya qarşı əlavə sanksiyaları açıqlayıb.

APA - nın “Kyodo” agentliyinə istinadən verdiyi xəbərə görə, Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşhihide Suqa bildirib ki, yeni sanksiyalara əsasən silahların və hərbi texnologiyaların Rusiyaya ixracına məhdudiyyətlər qoyulacaq.

Həmçinin Rusiyanın 5 bankına aid qiymətli kağızların alışı və Yaponiyada istifadəsi qadağan olunacaq.

Qeyd edək ki, bu sanksiyalar imzalandığı gündən qüvvəyə minir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol