Menu

Türkiyə İŞİD-i bombalayıbmı? - Ankaradan açıqlama gəldi

24.09.2014, 17:17
Türkiyə İŞİD-i bombalayıbmı? - Ankaradan açıqlama gəldi

Türkiyənin İŞİD-in Suriyadakı mövqelərini bombalaması xəbəri təkzib olunub. Avropa.info xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrindən yayılan açıqlamada, hava qüvvələrinin heç bir təyyarəsi İŞİD-in yerləşdiyi əraziləri bombalamayıb.

"Nə heç bir ərazini bombalamamışıq, nə də kiminsə ərazimizdən istifadə etməsinə imkan verməmişik. İncirlikdən qalxan təyyarələrimizin silahlı uçuşuna izazə vermirik. Pilotsuz təyyarələrimiz isə sadəcə, kəşfiyyat məqsədi ilə uçur".

Qeyd edək ki, Returs agentliyi bu gün Türkiyənin İŞİD mövqelərini bombalaması haqda xəbər yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol