Rusiyanın Ermənistanda və Gürcüstanda səfiri olmuş Vyaçeslav Kovalenko Ermənistanın və ermənilərin ünvanına hədələrlə çıxış edib.
O, bildirib ki, əgər Ermənistan yekun etibarilə Avrasiya İttifaqına daxil olmasa, təkcə erməni dövlətçiliyinin yox, həm də erməni xalqının gələcəyi sual altına düşəcək. Musavat.com-un gürcü informasiya qaynağına istinadən verdiyi məlumata görə, keçmiş diplomat bu sözləri İrəvan-Moskva telekörpüsü zamanı deyib.
“İstənilən halda, Ermənistan seçim eləməlidir, çünki o, balaca ölkədir və iqtisadiyyatının inkişafı, daxili həyatının dağılmaması üçün inteqrasiya eləməlidir, hansısa inteqrasiya qurumlarına daxil olmalıdır. Məsələ indi kondələn qoyulub. Düşünürəm ki, elə situasiya yaranacaq ki, İrəvandan bu seçimi tələb edəcəklər. Ermənistan sonsuzadək yerləşdiyimiz bu mürəkkəb beynəlxalq məkanda balans apara bilməz. Və Ermənistanın tarixi seçimindən çox şey asılıdır: ölkənin gələcəyi, erməni xalqının gələcəyi, bütövlükdə ermənilərin gələcəyi”, - deyə sabiq səfir sərt formada xəbərdarlıq edib.


Şərhlər