Azərbaycan çempionatına bölgələrdən rekord sayda idmançı qatılıb

Badminton üzrə Azərbaycan çempionatına start verilib.

Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək yarışda mübarizəyə 5 kateqoriya üzrə 38 qadın və 58 kişi idmançı qatılıb.

Çempionatın açılış mərasimi idmançıların paradı ilə başlayıb. Dövlət himninin səslənməsindən sonra çıxış edən turnirin baş hakimi Ceyhun Məmmədəliyev, 1 saylı idman liseyinin direktoru Əli Əliyev və Azərbaycan Badminton Federasiyasının baş katibi Nəsimi Musayev yarış iştirakçılarına uğurlar arzulayıblar.

Turnirdə Bakı ilə yanaşı, Gəncə, Quba, Qusar və Lənkərandan olan badmintonçular qalib və mükafatçıları müəyyənləşdirəcəklər. İlk dəfə yarışda bölgələrdən rekord sayda - 30 idmançı Azərbaycan çempionatında iştirak edir. Yarış noyabrın 23-də başa çatacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar