Menu

Snouden "alternativ Nobel mükafatı"na layiq görüldü

24.09.2014, 20:08

snowdenABŞ kəşfiyyatının keçmiş əməkdaşı Edward Snowden İsveçin insan haqları mükafatının qaliblərindən biri elan olunub.

Bu mükafat qeyri-rəsmi olaraq “alternativ Nobel mükafatı” hesab olunur.

Edward Snowden dövlətin vətəndaşların əsas konstitusiya haqlarını pozaraq adamları görünməmiş izləməsini ifşa etdiyinə görə bu mükafata layiq görülüb.

Edward Snowdenlə birlikdə bu ilki mükafatı Alan Rusbridger də alır. O, Guardian qəzetinin redaktorudur və Edward Snowdenin verdiyi sənədlər əsasında bir sıra məqalələr nəşr edib.

Ancaq Edward Snowden və Alan Rusbridger fəxri qaliblər elan olunub. Bu o deməkdir ki, onlar pul mükafatını almayacaq.

210 min dollarlıq pul mükafatı isə 3 nəfərə verilir: pakistanlı insan haqları müdafiəçisi Asma Jahangirə, Asiya İnsan haqları Komissiyasından Basil Fernandoya və ABŞ-dan təbiəti mühafizə fəalı Bill McKibbenə.  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol