Menu

Tovuzda avtomobil piyadanı vurub

23.11.2019, 22:37
Tovuzda avtomobil piyadanı vurub
Tovuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, avtomobil yolu qarşı tərəfə keçən orta yaşlı piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red) avtomobil vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol