“İran elektrik stansiyaları, dəmir yolları tikmək və metro vaqonları almaq üçün Rusiyaya 2 milyard dollar həcmində kreditə görə müraciət edib”.
APA TASS-a istinadla xəbər verir ki, bunu Rusiya energetika naziri Alexander Novak deyib.
O bildirib ki, İranın müraciəti müəyyən layihələri həyata keçirmək məqsədilə edilib: “Bununla bağlı Maliyyə Nazirliyi məsələyə baxır. İstənilən vəsait təxminən 2 milyard dollar həcmindədir”.
Rusiya energetika nazirinin sözlərinə görə, İrana əvvəllər verilən kreditlərlə birlikdə hazırkı müraciəti də nəzərə alsaq, bu rəqəm 5 milyard dollar edir: "İran tərəfi ümumi həcminin 5 milyard dollara çatmasını xahiş edib".


Şərhlər