Menu

Qadın güləşçilərimiz Rusiyada iki medal qazanıb

24.11.2019, 11:14
Qadın güləşçilərimiz Rusiyada iki medal qazanıb

Rusiyanın Çeboksarı şəhərində qadın güləşi üzrə açıq Rusiya Kubokuna yekun vurulub.

"Report" Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, iki gün davam edən turnirdə Azərbaycanı məşqçilər Rövşən Umudov və Solmaz Adilovanın rəhbərliyi altında 7 güləşçi təmsil edib.

Onlardan ikisi fəxri kürsüyə qalxıb. Tatyana Omelçenko (62 kq) gümüş medal qazanıb. Onunla eyni çəkidə çıxış edən Jalə Əliyeva isə üçüncü yeri tutub.

Qeyd edək ki, yığmamız komanda hesabında üçüncü olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol