Menu

Ukrayna Krımsız göstərildi: Kiyevdən dərhal reaksiya

24.11.2019, 16:51
Ukrayna Krımsız göstərildi: Kiyevdən dərhal reaksiya

Britaniyanın “Ekonomist” jurnalı Ukraynanı Krımsız göstərən göstərən video nümayiş etdirib.

Axar.az xəbər verir ki, Ukraynanın Londondakı səfirliyi məsələyə dərhal müdaxilə edərək videonun düzəldilməsini tələb edib.

“Biz çox ümid edirik ki, belə hörmətli və dünyaca məşhur jurnal xəritədə dəyişiklik edəcək”, - səfirlikdən bildirilib.

Bu reaksiyadan sonra jurnal videonu silib.

Qalmaqala səbəb olan video ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasında baş tutan telefon danışığından sonra başlayan impiçment proseduruna həsr olunmuşdu. Həmin videoda ukraynalı prezident öz ökəsinin xəritəsinin fonunda göstərilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol