Menu

Türkiyə S-400 sistemlərini NATO sisteminə inteqrasiya etdirməyəcək – Muxtar rejimdə istifadə edəcək

24.11.2019, 12:51
Türkiyə S-400 sistemlərini NATO sisteminə inteqrasiya etdirməyəcək – Muxtar rejimdə istifadə edəcək

Vaşinqtonun və NATO-nun təzyiqlərinə baxmayaraq, Ankara Rusiyanın S-400 zenit-raket kompleksindən (ZRK) imtina etmək niyyətində deyil.

Qardaş ölkənin müdafiə naziri Hülusi Akar bəyan edib ki, bu ZRK sistemləri Türkiyədə muxtar rejimdə işləyəcək. Nazir onları milli təhlükəsizliyin təmin olunması və ölkənin müdafiəsi istiqamətlərində «mühüm rıçaq» adlandırıb.

«Rusiya kompleksləri döyüş növbəsinə «stand alone system» rejimində daxil ediləcək. Biz, bunu lap əvvəldən bəyan edirik» - deyə, «Anadolu» agentliyi nazirdən sitat gətirir.

Akarın sözlərinə görə, komplekslərin belə rejimdə istifadəsi onunla şərtlənir ki, Ankara onları NATO sistemlərinə inteqrasiya etdirməyi planlamır.

AzPolitika.info

Şərhlər

DE=FAKTO 2019-11-24 16:57:31

2021 IRAN VURULACAQ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol