Menu

Konqoda baş verən təyyarə qəzasında 24 nəfər ölüb

24.11.2019, 18:21
Konqoda baş verən təyyarə qəzasında 24 nəfər ölüb

Konqo Demokratik Respublikasında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 24 nəfər ölüb.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb. Təyyarənin göyərtəsində 17 sərnişin və iki heyət üzvü olub.

Qeyd olunub ki, “Busy Bee” şirkətinə məxsus kiçik təyyarə havaya qalxdıqdan bir müddət sonra Qoma şəhərindəki yaşayış evlərinin üzərinə düşüb.

Ölənlər arasında mülki vətəndaşların da olduğu deyilir. Qəza nəticəsində baş verən yanğın söndürülüb.

Hazırda ölənlərin kimliyi dəqiqləşdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol