Rusiya xarici kəşfiyyat xidmətinin (XKX) direktoru Sergey Narışkin bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Boliviyada alovlanan siyasi böhranla əlaqəlidir. Onun məqsədi - bu ölkədə siyasi vektoru Vaşinqtona sərfəli istiqamətə yönəltməkdən ibarətdir.
Bu zaman Narşkin əmindir ki, sözügedən Cənubbi Amerika ölkəsində vəziyyətin tənzimlənməsi üçün uzun müddət lazım gələcək: «Uzun müddət çalxalanacaq…».
Xatırladaq ki, Boliviyada siyasi böhran dövlət başçısı seçkilərinin nəticələri elan olunandan sonra başlayıb.
Boliviya Mərkəzi Seçki Komisiyasının (MSK) məlumatına görə, seçkilərdə ölkəni 2006-cı ildən bəri idarə edən Evo Morales qalib gəlib. Onun əsas rəqibi Karlos Mesa isə seçkilərin nəticələrini tanımayıb. Ardınca küçələrdə etirazlar başlayıb. Üç həftəlik etirazlardan sonra, ordu müxalifətin tərəfinə keçib.
Etirazlarda 30 nəfərdən artıq insan həlak olub. Hərbçilər Moralesdən prezident postunu tərk etməyi istəyiblər. Dövlət başçısı hərbçilərin tələbinə əməl etmək qərarına gəlib və ölkəni tərk edərək, Meksikaya gedib. Meksiya hakimiyəti ona sığınacaq verib
AzPolitika.info


Şərhlər