Menu

Sınan sümükləri bir neçə günə sağaldan yeni kəşf

24.11.2019, 22:45
Sınan sümükləri bir neçə günə sağaldan yeni kəşf

Sümük toxumasının regenerasiyası sürətli proses deyil. Proses nəinki insan orqanizmi, eyni zamanda həkimlər briqadası və pasiyentin özü üçün də mürəkkəbdir. Lakin yeni maddə bu işi asanlaşdıra bilər.

Belə ki, tədqiqatçılardan ibarət beynəlxalq qrup sümük toxumasının inkişafını stimullaşdıracaq hibrid aerogellərdən istifadə etməyin yolunu tapıb. Kobud şəkildə ifadə etsək, aerogel bərk maddə ilə qazın birləşməsidir.

Suyun yavaş-yavaş quruyub, tamamilə hava ilə əvəzləndiyi jele təsəvvür edib. Bərk cisim ilə qazın birləşməsi aerogeli son dərəcə yüngül və dayanıqlı edir. Bu xüsusiyyətlərinə görə ondan karkas kimi istifadə etmək mümkün olur. Həmin karkaslar inkişaf edən sümükdə fiziki “əvəzləyici” kimi istifadə edilə, sümük uzandıqca gel yeni toxumaya qarışa bilər. 

Müxtəlif karkas növü var: keramika, metal, sellüloz. Bəs hibrid aerogellərin başqalarından üstünlüyü nədir? Birincisi, onlar 50% zülaldan ibarətdir. Həmin zülal isə nəticədə orqanizmə qarışır. Digər 50% isə silisiumdur.

O da ortosilisium turşusu şəklində yavaş-yavaş “həll olur”, öz növbəsində yaranın sağalmasını tezləşdirir. İkincisi, aerogel məsamələrinin ölçüsünü istehsal zamanı nəzarətdə saxlamaq mümkündür. Çünki orqanizmin müxtəlif sümükləri müxtəlif sıxlığa və məsaməliliyə malik olur. İran, Almaiya və Avstriyada yerləşən tədqiqat laboratoriyaları bir araya gələrək, möhkəm zülalı yüngül, məsaməli aerogellə birləşdirmək qərarına gəliblər.

Zülal kimi ipək fibroini seçilib. Həmin maddəyə baramalarda rast gəlmək olar. Əlbəttə, alimlər bir sıra çətinliklə üzləşib. “Inverse” nəşri məlumat verir ki, birinci material hidrofob, ikincisi çox quru və sərt alınıb, üçüncü isə orqanizmdə həll olmayıb. Alimlər növbəti mərhələdə hidrid aerogelin insan hüceyrələrinə zərərli olub olmadığını yoxlayıb.

Tərkibində sümük hüceyrələri olan maddə fincanda həll edildikdə sonuncu sümüyün inkişafı üçün lazım olan zülal və mineralları özünü götürərək onun səthində asanlıqla böyüyüb və inkişaf tamamilə normal gedib. Növbəti mərhələdə hibrid aerogellər siçanlar üzərində testdən keçirilib. Birinci qrupdan olan gəmiricilər əlavə fiksasiya olmadan periferiya orqanlarından rahat şəkildə “istifadə edə biliblər”, bu da onların funksionallığını məhdudlaşdırmayıb. Bəzi heyvanlarda isə sağalma prosesi cəmi bir neçə gün çəkib. Əlbəttə, maddə hələ insanların üzərində sınaqdan keçirilməlidir. Ancaq müalicə müddətinin tezləşməsi belə söyləməyə imkan verir ki, sınaq uğurlu olsa, sümük toxumlarının regenerasiyasına əvvəl olduğu kimi həftələr deyil, bir neçə gün lazım olacaq. (Tərcümə: xarici pressa)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol