Menu

“Xorasan” terror qruplaşmasının lideri öldürüldü

25.09.2014, 01:13
“Xorasan” terror qruplaşmasının lideri öldürüldü

ABŞ və müttəfiqlərinin Suriyadakı ekstremistlərinin mövqeyinə endirdiyi hava zərbləri nəticəsində “Xorasan” qruplaşmasının lideri Möhsin əl-Fadli məhv edilib. Musavat.com-un məlumatına görə, bu barədə “The Washington Post” Amerika hökumətindəki mənbəyə istinadən məlumat yayıb. Ancaq hələ ki, xəbər rəsmi təsdiqini tapmayıb.

Az öncə Pentaqon “əl-Qaida”nın ozəyi olan “Xorasan” qruplaşmasının Avropa və ABŞ-da geniş miqyaslı terror aktları hazırladığını bildirmişdi. Kəşfiyyat məlumatlarına əsasən, qruplaşma məxsusən də Birləşmiş Ştatlara qarşı terror aktları hazırlığının son mərhələsində imiş.

Möhsün əl-Fadlinin nə vaxtsa Üsəma bin-Ladenin yaxın ətrafına daxil olduğu deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol