Menu

Ərdoğanı təhqir edən yazıçıya həbs cəzası verildi

25.09.2014, 01:29
Ərdoğanı təhqir edən yazıçıya həbs cəzası verildi

Erol Ozkoray Türkiyə prezidentinin şərəf və ləyaqətini alçaltmaqda günahkar bilinib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham olunan yazıçı Erol Ozkoray həbs olunub. Məhkəmə “Gezi fenomeni” kitabının müəllifinə 11 ay 20 gün həbs cəzası verib. Amma cəzanın icrası 5 illiyə təxirə salınıb.

Ozkoray Türkiyə prezidentinin şərəf və ləyaqətini alçaltmaqda günahkar bilinib. Məhkəmə həmçinin sözügedən kitabda Ərdoğanın sətiraltı da tıəhqir olunduğu qənaətinə gəlib.

Qeyd edək ki, Ozkoray “Gezi fenomeni” kitabını xanımı ilə birlikdə yazıb. Kitabda keçən il İstanbulda hökumət əleyhinə kütləvi nümayişlərdən bəhs olunur. Ozkoray qeyd edib ki, bu etirazlar Ərdogan hökumətinin avtoritarlığına qarşı inqilaba çevrildi. (ans)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol