Tramp Spenserin istefasını təsdiqləyib, onun yerini ABŞ-ın Norveçdəki hazırkı səfiri Ken Breytueytin tutacağını deyib. Ötən gün “New York Times”-ın əldə etdiyi məlumata əsasən, Spenser dəniz piyadalarından biri ilə yaşanan qalmaqala görə Trampla aralarında baş verən mübahisə səbəbilə istefa vermək qərarına gəlib.
Pentaqonun rəhbəri Mark Esper ABŞ Hərbiq Dəniz Qüvvələri (HDQ) naziri Riçard Spenserin istefaya getməsini istəyib. Bu barədə müdafiə nazirliyinin bəyanatına istinadən “The Washington Post” xəbər verib. “Associated Press”-in Pentaqonun rəsmi nümayəndəsi Conatan Hofmanın istinadən məlumat verib ki, Spenser ötən gün istefa ərizəsi ilə müraciət edib.
“The Washington Press”-in məlumatına görə, buna Əfqanıstanda hərbi cinayətlər törətməkdə ittiham edilən amerikalı dəniz piyadası Edvard Qallagerin məhkəmə işindən sonra Spenserə inamını itirməsi səbəb olub. Bildirilir ki, Spenser Ağ Evin nümayəndələrindən Qallagerə qarşı prosesə müdaxilə etməmələrini istəyib və bunun qarşılığında ittiham olunan hərbçinin rütbəsini saxlayaraq ordunu tərk etməsinə zəmanət verdiyini deyib.
Amerika prezidenti Donald Tramp Spenserin istefasını təsdiqləyib. “Müdafiə naziri Mark Esper ABŞ HDQ-nin başçısı Riçard Spenserin səlahiyyətlərinə xitam verib. Riçarda xidmətinə və fədakarlığına görə təşəkkür edirəm. O, üçdişli nişanı (HDQ-nin qızıl suyuna salınmış emblemi – red.) da daxil olmaqla layiq olduğu ehtiramla təqaüdə çıxacaq”, - Tramp yazıb.
Dövlət başçısı əlavə edib ki, Spenserin yerini ABŞ-ın Norveçdəki hazırkı səfiri, admiral Ken Breytueyt tutacaq. Daha əvvəl “New York Times” məlumat vermişdi ki, Spenser Qallagerin qalmaqallı işi ilə əlaqədar Trampla arasında yaşanan fikirayrılığı fonunda istefa verməklə hədələyib. Belə ki, dəniz piyadası iki il əvvəl öldürülən İŞİD döyüşçüsünün meyiti ilə foto çəkdirib. Bundan sonra Qallager terrorçunun öldürülməsinə görə bəraət qazanaraq fotoda qanunsuz poz verməkdə günahlandırılıb.
ABŞ HDQ komandanlığı bu həftə bildirib ki, xüsusi donanma komissiyası Qallagerin dəniz piyadalarının sırasında qalıb qalmayacağına qərar verəcək. Buna cavabında Tramp “Twitter”-də yazıb ki, HDQ onu qova bilməz. Spenser tvitləri əmr kimi qəbul etmədiyini deyib və sonradan vəzifədən getməyə hazır olması barədə məlumatları təkzib edib.
Daha sonra onun rəsmi “Twitter” hesabında belə bir mesaj yayılıb ki, o, “heç vaxt istefaya getməklə hədələməyib”, KİV onun sözlərini təhrif edib. Eyni zamanda, Spenser prezidentin sərəncamı ilə işlədiyini qeyd edib. (Tərcümə: xpressa.net)


Şərhlər