Menu

UEFA "Qarabağ"a daha bir ödəniş edib

25.11.2019, 19:07
UEFA "Qarabağ"a daha bir ödəniş edib

UEFA-nın Klub Yarışları Komitəsinin 2019-cu il avqustun 29-da Monakoda keçirilmiş iclasında 2018/2019-cu il mövsümündə Avropa Liqası klublarından mövsümün əvvəlində tutulan məbləğin ödənilməsi ilə bağlı paylanma qaydası təsdiqlənib.

"Report"un məlumatına görə, klublar üçün məbləğin "market pool" nisbətində paylanacağı razılaşdırılıb. “Qarabağ” Futbol Klubuna ayrılan 159 698 avro vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol