Menu

“Dünyada 15 milyon yeniyetmə qız seksə məcbur edilib” - BMT

25.11.2019, 20:27
“Dünyada 15 milyon yeniyetmə qız seksə məcbur edilib” - BMT

Noyabrın 25-də qadınlara qarşı zorakılıqla beynəlxalq mübarizə günüdür. BMT bu il keçirdiyi 16 günlük maarifləndirmə kampaniyasını cinsi zorakılıqla mübarizəyə həsr edib. 

Bu gündən – noyabrın 25-dən başlayaraq dünyada yürüşlər, incəsənət müsabiqələri, velosiped yarışları, marafonlar keçiriləcək, hər 3 qadından birinin məruz qaldığı zorakılıqla mübarizə tədbirləri görməyəçağırışlar səslənəcək. BMT builki kampaniyanın rəngi kimi narıncını seçib, bunun ümid, qadınlara qarşı zorakılığın olmadığı daha parlaq gələcəyin simvolu olduğunu bildirir. 

“Dünyanı Narıncıya Boyayaq: Nəsillərin Bərabərliyi Zorlamaya qarşı!”– kampaniyanın devizi belədir. Dünyada son illər qadınlara qarşı zorakılığın bir sıra qurbanları və fəallar dünyanın diqqətini bu problemə yönəldə biliblər, #MeToo, #TimesUp, #Niunamenos, #NotOneMore, #BalanceTonPorc kampaniyaları başladıb. Ancaq BMT cinsi zorakılığın getdikcə cəmiyyətdə normal bir hala çevrildiyini vurğulayır. 

Qurum bildirir ki, zorlama və cinsi təcavüz qurbanlarının dəqiq sayınımüəyyənləşdirmək çətindir, çünki çox vaxt qurbanlar bu barədə danışmağa qorxurlar. Ancaq dünyada təxminən 15 milyon yeniyetmə (15-19 yaşlı) qızın həyatının bir məqamında seksə məcbur edildiyi bəllidir. Bundan başqa, 3 milyard qadın və qız nikahdaxili zorlamanın kriminallaşdırılmadığı ölkələrdə yaşayır. 

“Zorlama və cinsi qısnamanıönləmək və kökünü kəsməkdəəsas problemlərdən biri intim əlaqəyə razılıq məsələsi, yalnız ‘bəli’ halında baş verməli olmasının dərk edilməməsidir. Eyni zamanda razılığın da xoşluqla alınması vacibdir, fırıldaq, qorxutma, zorakılıq, zorakılıq təhdidi ilə deyil…”, – qurum bildirir. Cinsi zorakılıq və zorlama bir sıra münaqişələrdə qadınlara və qızlara qarşı məqsədli də istifadə edilib. 

Məsələn, Bosniya-Herseqovina münaqişəsində belə hallar geniş yayılıb. Yarım milyondan artıq rohinca müsəlmanının tərk etdiyi Myanmada əhalini yerindən didərgin salmaqdan ötrü cinsi zorakılıq və zorlamaya əl atılıb. Suriyada cinsi zorakılıq vasitəsilə qadınlardan informasiya qopardılıb, kişi qohumları təslim olmağa məcbur edilib. 

Son vaxtlar qadınlara qarşı zorakılıq problemini Azərbaycanda da tez-tez qaldırırlar. İnsan hüquqları fəalları bunu ölkədə“intensiv hal alan” qadın qətlləri, məişət zorakılıqları, psixoloji və fiziki zorakılıqlarla izah edirlər. Oktyabrın 20-də Bakının mərkəzində qadına şiddətə etiraz aksiyasına da cəhd edilmişdi. Rəsmilərsə bildirirlər ki, insan hüquq vəazadlıqlarının müdafiəsi, zorakılıq hallarının aradan qaldırılması, eləcə də qadınların öz hüququnu bilməsi, onların fəallığının artırılması hökumətin əsas prioritetləridir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol