Menu

Bakıda 30 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb

27.11.2019, 10:00
Bakıda 30 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb

Bakıda 30 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb.

“Report”un xəbərinə görə, hadisə noyabrın 26-da paytaxtın Yasamal rayon ərazisində baş verib.

Belə ki, 1989-cu il təvəllüdlü Elşən Ağayev saat 09:30 radələrində idarə etdiyi qara rəngli “Hyundai Sonata” markalı, Ax 9 CJ 006 dövlət qeydiyyat nişanlı avtomobillə Yasamal rayonu, İnşaatçılar prospekti 2-nin qarşısından naməlum istiqamətə gedib və geri qayıtmayıb.

Daha sonra E.Ağayevin yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol