Menu

İŞİD tərəfində 13 min əcnəbi vuruşur

25.09.2014, 09:00
İŞİD tərəfində 13 min əcnəbi vuruşur

“İslam dövləti” və "Cebhat ən-nüsra" qruplaşmaları tərəfində 13 min əcnəbi vuruşur.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Pan Gi Mun Təhlükəsizlik Şurasındakı çıxışında bəyan edib.

“Əl-Qaidə” və “Taliban” üzrə müşahidə qrupunun rəyinə əsasən, “İslam dövləti” və "Cebhat ən-nüsra" qruplaşmalarına 80 ölkədən olan 13 min yaraqlı qoşulub”, deyə Pan Gi Mun bildirib.

Qeyd edək ki, "Cebhat ən-nüsra" radikal islamçı qruplaşması 2012-ci ilin yanvarında Suriyada vətəndaş müharibəsi zamanı yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol