Ukrayna mənşəli britaniyalı və kanadalı politoloqu Taras Kuzyo “Atlantic Council”-da yazır ki, 2014-2015-ci illərdə Rusiyanın Ukraynanın dərinliyinə doğru irəliləməsinin qarşısını almaqda Dnepr strateji cəhətdən mühüm rol oynayıb.
Onun fikrincə, 2014-cü ilədək mövcud olan Ukrayna artıq yoxdur. Həmin dövrə geri qayıtmaq da mümkün deyil. Politoloq Ukrayna ilə Rusiya arasında sülhün bərqərar olunmasına mane olan səkkiz səbəbi sadalayıb:
1) Rusiyanın qonşu ölkəyə münasibəti. Moskvanın Ukraynaya münasibəti ağ qvardiyaçıların ritorikası səviyyəsinə enib. Bir vaxtlar sonuncular ümumiyyətlə Ukrayna xalqının olmadığını iddia edirdilər. Və bu, SSRİ dövrü ilə müqayisədə daha pis idi. Bu zaman xüsusilə rusdilli vətəndaşlar arasında Ukrayna identikliyi müharibələrin, ölümlərin, xəsarətlərin, dağıntıların və məcburi köçkünlüyün təsiri altında kəskin şəkildə dəyişib.
2) Vladimir Putin. Rusiyalı avtokrat Ukrayna ilə münasibətdə keçmiş “çekist” mədəniyyəti və rus şovinizminin xoşagəlməz birliyini əks etdirir. İstənilən kompromis Putin və müttəfiqləri tərəfindən məğlubiyyət mesajı kimi qəbul ediləcək.
3) Rusiya işğal edilmiş Krım haqqında danışıqlar aparmaqdan imtina edir. Moskva iddia edir ki, bu mövzu bağlanıb. Eyni zamanda Donbas haqqında “ağ yalan” deyirlər. Bizi orada fəaliyyət göstərmədiklərinə inandırmağa çalışırlar. Rusiya tərəfi bu yolla Donbas müharibəsini “vətəndaş müharibəsi” kimi təqdim etməyə çalışır.
4) Qondarma DXR və LXR rəhbərləri. Qondarma DXR və LXR rəhbərləri, habelə onların “administrasiyasının” mülki heyəti ilə nə etməli? Ukraynalıların çoxu əfvə qarşı çıxır. Bu zaman Donbasın işğal edilmiş ərazilərində qalan sakinlərin böyük bir hissəsi Ukraynanın nəzarəti altına qayıtmaq istəmir, Rusiyaya birləşmək istəyir.
5) Demilitarizasiya. İndiyədək heç kim bunun necə həyata keçiriləcəyinə aydınlıq gətirməyib. 1997-ci ildə Şimali İrlandiya üçün Belfast sazişi imzalandıqdan sonra 2500 min terrorçunun demilitarizasiya edilməsində böyük çətinliklər meydana çıxıb. Onların sadəcə yüngül silahları olub. Qondarma DXR və LXR-in silahlı dəstələri Rusiya Silahlı Qüvvələrinin cənub regionuna daxil edilir.
6) Döyüşçülər. Ukrayna onların Rusiyaya qaytarılmasını tələb edir. Moskva isə onların Ukraynada “xüsusi statusa” malik DXR və LXR-də yeni polis qüvvələri, daxili təhlükəsizlik xidmətinin əməkdaşları v sərhədçi olmalarını istəyir.
7) Rusiya sərhədə nəzarəti Ukraynaya geri qaytarmağa hazırlaşmır. Rusiya belə bir şey etsə, “DXR” və “LXR”-in mövcudluğuna son veriləcək. Ona görə Donbasda davam edən müharibə süni xarakter daşıyır. Moskva “sərhədə nəzarətin geri qaytarılması” bəndini başqa cür başa düşür. O, elə hesab edir ki, “LDXR”-in yenidən təşkil edilən silahlı qüvvələri rus sərhədçilərlə birlikdə Rusiya-Ukrayna sərhədinə nəzarət edəcək. Başqa sözlə, söhbət mövcud vəziyyətin leqallaşdırılmasından gedir.
8) Səkkizinci maneə ikinci ilə əlaqəlidir və 1991-ci ildən bəri Rusiya-Ukrayna münasibətlərində dəfələrlə özünü göstərib. Kiyevdən tələb etdiyi güzəştlər Moskvanı heç vaxt qane etmir. 2010-cu ildə prezident Viktor Yanukoviç Dmitri Medvedyevin 2009-cu il tarixli açıq məktubunda əvvəlki Ukrayna lideri Viktor Yuşenkodan tələb etdiyi hər şeyi yerinə yetirib. Buna baxmayaraq, Rusiya tələbləri artırmağa davam edib.
Təəccüblü deyil ki, Rusiya normand formatında Zelenski ilə görüş keçirmək üçün birbaşa qaz idxalının bərpa edilməsini tələblərə əlavə edib. Ukrayna 2016-cı ildən bəri bilavasitə Rusiyadan qaz almır. Bunun bərpa edilməsi korrupsiya və şantajın geri qayıtması demək olacaq. (Tərcümə: xpressa.net)


Şərhlər